Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
|
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir.
Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.
Kəhanət, möcüzə və digər buna bənzər demaqoq ideyaları o cümlədən savab, günah, cənnət, cəhənnəm, axirət günü, vəhy, alın yazısı, zühur, cihad, mələk, cin və şeytan kimi mövhumları da inkar edir. Təkbir, şəhadət, namaz, oruc, qibtə, ibadət və dua etməyin, Məhərrəmlik, Qurban, Ramazan bayramı, Pasxa və Pentekostun qeyd olunması kimi hadisələrin önəm kəsb etməsini təkzib edir. Deistlər yaxşı insan olmaq üçün cəhənnəm əzabı qorxusuna ehtiyac görmür. Deistlər humanizmin insanın vicdanında təzahür etdiyini düşünürlər.
Deizm Tanrının bütün kainatı təbiət qanunları ilə vəhdət halında yaratdığını, insanlara həqiqəti dərk etmək üçün ağıl verdiyini iddia edir. Bu fəlsəfi cərəyanın hansısa ciddi qanunları olmadığından deizmin sərhədlərini də müəyyən etmək mümkünsüzdür. İxtiyari təməl qaydaları özündə cəmləşdirərək insanları onlara inanmağa məcbur edən dinlər yerinə, deizm azad düşüncə yolu ilə həqiqətə çatmağımızın mümkünlüyü fikrini önə sürür. Bu səbəblə deistlər kainat haqqında fərqli inanclara və düşüncələrə sahib ola bilərlər. Məsələn, təkamülün doğru olub-olmaması fikri deistə görə dəyişir. eyni sözləri ruh haqqında söyləmək də olar. Deizm anlayışının müəyyən bir istinad mərkəzi, təmsilçi və yaxud nümayəndəsi, ya da diqqətə çarpan qanunları olmadığı üçün bir çox dəyişik dünyagörüşünə malikdir. Bir sözlə, bu inanc sistem Deizm İncil, Quran, Tövrat və digər dini kitabların ilahiliyini qəbul etmir. Meyarlardan biri ondan ibarətdir ki, ənənəvi dinlər onlara xidmət edənləri cəhənnəm əzabları və digər anlayışlarla qorxudur və insanları azad düşüncədən və dünyanı dərketmədən məhrum edir.
Deistlərin dinlərdə olduğu kimi "müqəddəs" tikililəri, deizmə xidmət edənlər kimi anlayışları yoxdur. Sadəcə olaraq deistlərin kluba bənzər yığışa biləcəyi yığıncaqlar olur.