Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır.