Ekososializm, həmçinin yaşıl sosializm, sosialist ekologiya, ekoloji materializm və ya inqilabi ekologiya[1] — sosializmin aspektlərini yaşıl siyasət, ekologiya və alterqlobalizm və ya antiqlobalizm ilə birləşdirən ideologiya. Ekososialistlər ümumiyyətlə kapitalist sisteminin genişlənməsinin repressiv dövlətlərin və transmilli strukturların nəzarəti altında qloballaşma və imperializm yolu ilə sosial təcrid, yoxsulluq, müharibə və ekoloji deqradasiyanın səbəbi olduğuna inanırlar.[1][2]