Eos | |
---|---|
q.yun. Ἠώς | |
Mifologiya | Yunan |
Təsir sahəsi | şəfəq vaxtı |
Yunanca adı | Ηώς, yaxud Έως |
Cinsi | qadın[d] |
Sülalə | Titanlar |
Atası | Hiperion |
Anası | Teya |
Qardaşı | Helios |
Bacısı | Selena |
Əri | |
Uşaqları |
Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Borey (şimal küləyi) |
Digər mədəniyyətlərdə | Avrora |
Vikianbarda əlaqəli mediafayllar |
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır.
Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası.
Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş.
Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir. Sonradan tam əldən düşmüş Tifonu cırcıramaya (Tsikada) çevirir. Tifonla nigahdan o, Emafoin və gələcək Həbəşistan çarı Memnonu dünyaya gətirmişdir. Memnon Troya ətrafında Axilleslə döyüşdə həlak olur. Eos oğlunun cəsədini Həbəşistana gətirmiş, göz yaşları tökərək əbədi yas tutmuş və Zevsdən xahiş etmişdir ki, onu Memnoidə çevirsin.