Eritreya | |||||
---|---|---|---|---|---|
| |||||
Himn: "Eritrea, Eritrea, Eritrea" |
|||||
Tarixi | |||||
• Müstəqillik | 24 may 1993 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Əsməra | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | İsayas Afeverki [8.VI.1993 ~] | ||||
Sahəsi | Dünyada 101-ci | ||||
• Ümumi | 117600 km² | ||||
Əhalisi | |||||
• Əhali | 5 860 min nəfər (110-cu) | ||||
• Siyahıyaalma (9.IV.1984) | 2 748 304 nəf. | ||||
• Sıxlıq | 47 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 7,8 milyard dollar (164-cü) | ||||
• Adambaşına | 1 200 dollar (221-ci) | ||||
İİİ (2013) | 0.351 | ||||
Valyuta | Eritreya nakfası | ||||
İnternet domeni | .er | ||||
ISO kodu | ER | ||||
BOK kodu | ERI | ||||
Telefon kodu | +291 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Eritreya (tiqrin. ኤርትራ; ərəb. إريتريا; ing. Eritrea) və ya rəsmi adı ilə Eritreya Dövləti (tiqrin. ሃገረ ኤርትራ; ərəb. دولة إريتريا; ing. State of Eritrea) — Şərqi Afrikada dövlət. Eritreya şimalda və qərbdə Sudan, cənubda Efiopiya, cənub-şərqdə Cibuti ilə həmsərhəddir. Ölkənin şimal-şərqində və şərqində isə Qırmızı dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Əsməra, ümumi sahəsi 117,600 kvadrat kilometr, əhalisinin sayı 6 milyon nəfərdən çoxdur. Eritreya 24 may 1993-cü ildə Efiopiyadan müstəqilliyini əldə etmişdir.