Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı.
Daha çox ədəbiyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir.
Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur.
Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.[1]