Etrusklar

Etrusklar (lat. Etrusci və ya Tusci; özlərini rasna, rasnea adlandırırdılar) – e.ә. I minillikdə Apennin yarımadasının şimali-qərbində yaşamış tayfa. Bu ərazi qədimdə Etruriya (indiki Toskana) adlanırdı. Etrusklar romalılardan əvvəl inkişaf etmiş mədəniyyət yaratmışdılar; e.ә. VII əsrdə Etruskların yazısı, mədəniyyətin çiçəkləndiyi dövrdə isə dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxmini 10 min etrusk yazılı abidəsi məlumdur. Etrusklar haqqında əsas mənbələr yunan və Roma müəlliflərindən: Herodot, Siciliyalı Diodor, Halikarnaslı Dionisi, Strabon, Tit Livi, Böyük Plini, həm də başqaların məlumatları və bunları tamamlayan etrusk sərdabə və yaşayış məskənlərindən tapılmış zəngin arxeoloji materiallardır. Etruskların mənşəyi hələlik aydınlaşdırılmamışdır. Antik ənənəyə görə onlar Şərqdən gəlmə hesab olunurlar.[1][2][3]

  1. "ETRUSKLAR". Azərbaycan Milli Ensiklopediyası. 6-08-2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17-08-2024.
  2. "Etrusklar tamadduni". tarix.sinaps (özbək). 25-02-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17-08-2024.
  3. Hüseynova, Hacer. [gerçekler: Etrusklar ve alfabe] (ingilis). Hayrullah Kahya. 2017. 104–109. ISBN 9786056652905. (#bad_paramlink)

Developed by StudentB