Fevral

Fevral
B.e Ç.a Ç C.a C Ş B
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29      
2024-cü il

FevralQriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (4 ildən bir 29) ibarətdir. İlin ən qısa ayıdır.

Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür.

Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.

Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır.

Sezar başqa bir əmri ilə aylardan birinə öz adını verir — iyul ayına. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.

Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. İtalyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, məşhur xizəkçi Raisa Smetanina həmin gün anadan olublar.


Developed by StudentB