Fil

Fil
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Filxortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana)

Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, CənubiCənub-Şərqi Asiyada rast gəlinir. Mamontlarmastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır.  Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır. Asiya fillərinin daha kiçik qulaqları olur və onlar qabarıq və ya düz arxa forması ilə seçilirlər.

Afrika qolu fil skeleti.

Fitofaq heyvanlara daxil olan fillər Savanna, meşə, səhrabataqlıq kimi təbii yaşayış yerlərində rast gəlinir . Adətən su hövzələrinin yaxınlığında məskunlaşmağa üstünlük verirlər. Ətraflarına buraxdıqları təsirə görə kilit daşı növlərindən (keystone) biri hesab olunurlar. Digər heyvanlar əsas fillərdən uzaq dururlar və şir, pələng, hiyen və vəhşi itlər kimi yırtıcılar yalnız körpə fillərə hücum edirlər. Dişi fillər adətən dişi özünün balaları ilə və ya qohum dişilərdən və onların balalarından ibarət ailə qruplarında yaşayırlar. Bir neçə dişi və onların qohumlarından ibarət qrupun lideri ən yaşlı dişi olur. Fillərin yaratdığı bu ailə qrupları bəzən bir araya gələrək daha böyük icmalar da yarada bilir. Yetkinlik yaşına çatdıqdan sonra erkək fillər ailə qrupunu tərk edirlər. Onlar təkbaşına yaşaya və ya digər erkək fillərlə birlikdə qrup yarada bilirlər. Yetişkin erkək fillər cütləşmək üçün həyat partnyor axtararkən ailə qrupları ilə bir araya gəlirlər. Testosteron ifrazının artdığı və son dərəcə aqressiv davranışların müşahidə edildiyi dönəmlərində mest adlanan vəziyyət erkək fillərin dominant olmasına imkan verir və onların reproduktiv uğurlarını artırır. Ailə qruplarında körpə fillər əsas diqqət mərkəzindədirlər və onlara üç yaşlarına qədər anaları tərəfindən baxılır. Fillər təbii yaşayış yerlərində 70 ilə qədər yaşaya bilirlər. Onlar toxunma, görmə və eşitmə vasitəsibir-birləri ilə lə ünsiyyət qularrur.

Uzun məsafələr arasında fillər insanların eşidə bilmədiyi qədər çox aşağı tezlikli səslər ilə seysmik rabitə vasitəsilə ünsiyyət qura bilirlər. Fillərin zəkasını primatlarbalinalarla müqayisə edilə biləcək səviyyədədir. Onların özlərinin varlığından xəbərdar olduqları və öz növlərindən olanları ölməkdə olan vəziyyətdə gördükdə və ya ölən heyvanları gördükdən onlara qarşı empatiya göstərdikləri müşahidə edilmişdir.

Afrika filləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən nəsli kəsilmək təhlükəsi yüksək olan həssas növlər, Asiya filləri isə nəsli kəsilmək təhlükəsi çox yüksək olan növlər siyahısındadır. Fil populyasiyaları üçün ən böyük təhlükələrdən biri brakonyerlikdir. Onlar bu heyvanları dişləri üçün öldürür və bu dişlərifil sümüyü ticarəti üçün satırlar. Digər təhlükələrə yaşayış yerlərinin məhv olması və yerli sakinlərin təsərüfat maraqların bu heyvanlarla toqquşması da daxildir. Asiyada fillərdən əsasən yük daşıyıcı heyvan kimi istifadə olunur. Keçmişdə müharibələrdə də döyüş fillərindən istifadə edilmişdir. Fillər müasir dövrdə zooparklarınsirklərin daimi üzvləridir. Fillərdən incəsənət, folklor, din, ədəbiyyat və populyar mədəniyyət sahələrində tez-tez istifadə edilmişdir.


Developed by StudentB