Filippin | |||||
---|---|---|---|---|---|
Republika ng Pilipinas Republic of the Philippines | |||||
| |||||
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa» | |||||
Himn: Lupang Hinirang Seçilmiş Torpaq |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Manila | ||||
İdarəetmə forması | respublika | ||||
Sahəsi | |||||
• Ümumi | 300000 km² | ||||
Əhalisi | |||||
• Əhali | 105.000.000 nəfər | ||||
Valyuta | Filippin pesosu | ||||
İnternet domeni | .ph | ||||
ISO kodu | PH | ||||
BOK kodu | PHI | ||||
Telefon kodu | +63 | ||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir.