Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir.[1] Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir.[2]