Frankfurt Universiteti | |
---|---|
Goethe-Universität | |
50°07′40″ şm. e. 8°40′09″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 oktyabr 1914[1] |
Tələbə sayı | 43.461[2] |
Ölkə | |
Sayt | goethe-university-frankfurt.de |
Vikianbarda əlaqəli mediafayllar |
Yohann Volfqanq Göte adına Frankfurt Universiteti (alm. Goethe-Universität Frankfurt am Main) — Frankfurt-Mayn şəhərində bir universitet. Müasir formada onun 1914-cü ildə Frankfurt Universiteti (alm. Universität Frankfurt am Main) adı altında, zəngin, liberal düşüncəli vətəndaşlar qrupu tərəfindən əsası qoyulmuşdur. 1932-ci ildə Frankfurtun ən məşhur yerli sakinlərindən biri, şair, filosof və yazıçı Yohann Volfqanq Götenin adı buraya əlavə edilmişdir.
Universitetdə 48000 tələbə təhsil alır ki, bu da Frankfurt Universitetini Almaniyanın üçüncü ən böyük universiteti edir.
2019 Şanxay reytinqi universiteti dünyanın ən yaxşı 100-150 universiteti, Almaniyada isə ilk 5-7-lik sırasına daxil edib.[3]
Darmştadt Texniki Universiteti, Alman Süni İntellekt Tədqiqat Mərkəzi və bir çox proqram şirkətləri ilə birlikdə, bəzən Almaniyanın Silikon Vadisi adlanan Reyn-Neckar bölgəsinin İT klasterinin bir hissəsidir.