Funt sterlinq

Funt sterlinq
Kod və simvol
ISO 4217 kodu GBP
Simvol £
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma 27 iyul 1694
Əvvəlki valyuta Şotland funtu
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Bank of England
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi.

Funt sterlinq həmçinin Gernsi, CersiMen adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir.

Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.

Böyük Britaniyanın ərazisindəki bəzi banklar (Şotlandiyada üç bank və Şimali İrlandiyada dörd bank) əskinazları öz dizaynları ilə buraxırlar.


Developed by StudentB