General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi[1][2][3]) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar.
Ümumi olaraq general rütbələri bunlardır:
Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir. Məsələn, Baş Qərargahın Rabitə İdarəsi Qərargahının rəhbəri kimi fəaliyyət göstərən bir general-mayora tabe olan diviziya yoxdur