Gevarizm və ya gevaraçılıq (isp. Guevarismo) — Argentina və Kuba inqilabçısı Ernesto Çe Gevara tərəfindən təklif edilən və inkişaf etdirilən marksist nəzəriyyə ilə əlaqəli fəlsəfi və praktiki konsepsiyaların ümumi adı. Gevarizm leninizm və ekzistensializmin xüsusi şərhini və praktik sahədə fokizm vasitəsilə partizan müharibəsinin maoçu konsepsiyasının inkişafını özündə birləşdirirdi. Gevarizm tam sistem olmasa da,[1] yeni sol hərəkatların və qrupların ideologiyasının tərkib hissələrindən biridir.