Hans fon Sekt

Hans fon Sekt
alm. Hans von Seeckt
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1866(1866-04-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1936(1936-12-27)[3][1][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • İnvalidenfridhof[d]
Vətəndaşlığı  Almaniya İmperiyası (1918)
Veymar Respublikası (1926-cı ilə kimi)
 Üçüncü Reyx
Hərbi fəaliyyəti
Mənsubiyyəti Almaniya imperiyası
Qoşun növü Almaniya İmperiyası ordusu
Xidmət illəri 1885-1926
1933-1935
Rütbəsi Generaloberst
Döyüşlər
Təltifləri Grand Cross of the Imperial Order of Leopold Order of Saint Stephen of Hungary Order of the Iron Crown "Hərbi xidmətlərə görə" xaçı "Məcidiyyə" ordeni "Osmaniyə" ordeni "Tac" ordeni Pour le Mérite Military Order of Max Joseph Order of Bravery Albert Order Order of the Crown 1-ci dərəcəli "Məcidiyyə" ordeni
Dəmir xaç
Order of the Red Eagle 4th Class Military Merit Cross II. Class Hanseatic Cross
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Seeckt, Osmanlı Hərbiyə Naziri Ənvər Paşa ilə birlikdə, (Hodoriv, iyun 1916)

Hans fon Sekt (alm. Hans von Seeckt‎; 22 aprel 1866[1][2][…], Şlezviq[d], Şlezviq-Holşteyn[3]27 dekabr 1936[3][1][…], Berlin[3]) — Almaniya generalı. Birinci Dünya müharibəsi illərində General Avqust von Mackensen ilə şərq cəbhəsindəki Alman hərəkətlərinin planlaşdırılmasında mühüm rol oynamışdır. 1919-1920-ci illər arasında Baş Qərargahın rəhbərliyi altında olan Hərbi Büro rəisi vəzifəsini icra etmişdir.

Atası Pozenin hərbi qubernatoru vəzifəsindən pensiyaya çıxarkən Alman ordusunda əhəmiyyətli bir general idi. 1885-ci ildə Prussiya Ordusuna qoşuldu. Elit Kaiser Alexander, Qvardiya Bombardmançıları bölməsində xidmət etmişdir. 1897-ci ildə Prussiya Baş Qərargahına daxil oldu. 1913-cü ildə Berlində yerləşən 3-cü korpusun qərargah rəisi oldu. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsinin başlamasından və səfərbərlik elan edildikdən sonra qərargah rəisi olduğu 3-cü korpus Şlieffen planına uyğun olaraq Qərb Cəbhəsinə hücum üçün 1-ci Ordunun sağ qanadına göndərildi.

27 yanvar 1915-ci ildə polkovnik rütbəsinə qaldırıldı. 1915-ci ilin mart ayında 11-ci Ordu Komandiri General Avqust von Mackensenin Şəxsən Başçılıq etdiyi ilə Şərq cəbhəsinə göndərildi. Planlaşdırmada mühüm rol oynadı və Mackensenin göstərişi ilə çox uğurlu hərbi kampaniyalar həyata keçirdi.

27 iyun 1915-ci ildə general Mackenzen ilə birlikdə Rusiya ordularını ikiyə bölən əməliyyat üçün planlar hazırladı. Mayın 2-də 11-ci Ordunun komandanlığı altında Gorlice-Tarnów Hücumuna qoşuldu. Hücumun müvəffəqiyyətinə görə Prussiyanın ən yüksək hərbi nişanı Pour le Mérite ilə təltif edildi. 1915-ci ilin iyununda general-mayor rütbəsinə qaldırıldı. 11-ci Alman Ordusundan, 3-cü Avstriya-Macarıstan Ordusundan və 1-ci Bolqar Ordusundan ibarət Mackensen Ordu Qrupunda yenə də eyni vəzifədə işləməyə davam etdi. Macarıstan-Bolqarıstan hərbi birliklərinin 1915-ci il 6 oktyabr-24 noyabr tarixləri arasında həyata keçirmiş olduqları Serbiya ekspedisiyası üçün planlar qurmuş və əməliyyatların icrasında mühüm rol oynamışdır. Uğurları Alman Ordusunda nüfuzunu artırdı. Artıq “Seeckt haradadır, orada qələbə vardır” sözləri deyilməyə başlanmışdı.

Onun nailiyyətləri General Mackenzenin məsləhəti ilə Oak Leaved Pour le Mérite (Meşə yarpaqlı Pour le Mérite) ilə təltif edilməsi ilə nəticələndi. 1916-cı ilin iyununda Galiciada olan 7-ci Avstriya-Macar Ordusunun qərargah rəisi təyin edildi.

1917-ci ildə polkovnik Fritz Bronsart von Schellendorfun yerinə Osmanlı Baş Qərargahının birinci başçısı vəzifəsinə təyin edildi.

1918-ci ilin oktyabr ayında Osmanlı imperiyası Mudros sülh müqaviləsini imzaladıqdan sonra, noyabr ayında Almaniyaya qayıtdı. 1919-cu ilin yazında Paris Sülh konfransında Alman Baş Qərargahını təmsil etdi. Almaniyanın tərksilah tələblərini məhdudlaşdırmağa çalışdı. Silahlı qüvvələrin 200.000 nəfərlik olmasını istəsə də, bu təklifi rədd edildi. 1919-cu ilin iyununda almanlar Versal sülh müqaviləsinin müddəalarını qəbul etdilər.

1926-cı ilin oktyabrında ordudan istefa verənə qədər Alman ordusunun yenidən təşkili ilə məşğul idi. 1919-cu ildə Reyxswehrin Baş Qərargah rəisi təyin edildi. Onun doktrinası, taktikası Alman ordusunun təlimində və formalaşmasında əsas olaraq qəbul edildi. Reyxswehrdə açıq, standart və qəti bir əməliyyat doktrinası yaratdı. Bu işləri İkinci Dünya müharibəsi illərində Almaniya ordusunun fəaliyyət planlarının əsasını təşkil etdi.

1926-cı ildə təqaüdə çıxdıqdan sonra 1930-1932-ci illər arasında Reyxstaq üzvü oldu. 1933-1935-ci illər arasında Çindəki Çiang Kai-shekin yanında hərbi məsləhətçi olaraq Çin Kommunistlərinə qarşı vuruşmuşdur.

27 dekabr 1936-cı ildə Berlində vəfat etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Hans Seeckt // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 Сект Ханс фон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Developed by StudentB