Hartford | |
---|---|
Hartford | |
41°45′48″ şm. e. 72°41′06″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1849 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 18 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 860, 959 |
Poçt indeksi | 06100–06199 |
Digər | |
hartford.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Hartford — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının mərkəzi şəhəri. Konnektikut əyaləti qraflıq yerli idarəetmə orqanlarını 1960-cı ildə ləğv etmədən əvvəl tarixi Hartford Dairəsində inzibati mərkəzi idi; Hazırda yeni təşkilatlanan "New England Şəhər və Qəsəbə Bölgəsi (NECTA)" mərkəzidir. 2010-cu ilin siyahıyaalınmasına görə 124,775 nəfərlik əhalisi ilə Konnektikut ştatında yerləşən Bricport, Nyu-Heven və Stemford sahil şəhərlərindən sonra əyalətin ən böyük dördüncü şəhəridir.
Hartfordda ABŞ-də böyük sığorta şirkətlərinin idarə mərkəzləri var və sığortaçılıq Hartford və yaxın bölgələridə daxil olmaqla günümüzdə ən mühüm iqtisadiyyat sektorudur. [mənbə göstərin] Bu səbəbdən Hartford, bir az şişirdilsədə, "Dünyanın sığortaçılıq paytaxtı" qeyri-rəsmi adını daşıyır.
Hartfordun yaranmasından təxminən 400 il keçməsindən dolayı ABŞ-nin ən qədim şəhərlərindən biridir. Amerika vətəndaş müharibəsindən və növbəti 20–30 illik dövrdə Hartford ABŞ-nin ən zəngin şəhəri xarakteri daşımışdır.[mənbə göstərin] 1869-cu ildə amerikalı məşhur yazıçı Mark Tven ölüm döşəyində ikən Hartforda istinadla "İçində yaşama şansını gəzdirdiyim ən gözəl şəhərlərin əvvəlində gəlir" demişdir.[4] Lakin XX-ci əsr ərzində şəhərin daha yüksək gəlirli adətən, ağ irqdən olan əhalisinin çoxu şəhər içində yaşamaqdan imtina edib şəhər kənarına köçmüşlər. Bu səbəblə günümüzdə Hartfordun şəhər bələdiyyə sərhədləri içində qalan hissəsi ABŞ-nin ən kasıb şəhərlərindən biri olaraq qəbul edilir. Şəhər içində yaşayan 10 ailədən 3-nün gəlir səviyyəsi ABŞ "milli yoxsulluq həddi" altındadır. Buna qarşılıq Hartford metropoliten bölgəsi adambaşına yerli məhsul ölçüsünə görə San-Fransiskodan sonra ikinci gəlir. Cəmi ümumi yerli məhsul sıralanmasında Hartford metropoliten bölgəsi mövcud 318 ABŞ metropoliten bölgəsi içində 32-ci yeri tutur. [mənbə göstərin]
Hartford şəhərində olan "Wadworth Aheaneum muzeyi", ABŞ-də ictimaiyyətə açıq incəsənət muzeylərinin ən köhnəsidir. Şəhərdə ABŞ-nın ən qədim ictimaiyyətə açıq parkı olan "Bushenell Park" yerləşir. Hartfordda nəşr edilən "The Hartford Currant" gündəlik qəzeti ABŞ-də davamlı nəşr edilən ikinci qədimi gündəlik redaksiyadır. Məşhur amerikalı yazar Mark Tvenin yaşadığı və əsərlərini yazdığı ev "Mark Twain House" bu yazar üçün üçün muzey olaraq ictimaiyyətə açıq və çoxlu turist cəlb edilməkdədir.