| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | helium, He, 2 | |||||
Qrup, Dövr, Blok | 8, 1, s | |||||
Xarici görünüşü | rəngsiz qaz | |||||
Atom kütləsi | 4.002602 q/mol | |||||
Elektron formulu | 1s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 0.1786 q/L | |||||
Ərimə temperaturu | −272.2 °C (0.95 K, −458.0 °F) | |||||
Qaynama temperaturu | −268.93 °C (4.22 K, −452.07 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur. Heliumun yanlız bir energetik səviyyəsi var və bu səviyyə təmamilə dolub. Bu səbəbdən helium təsirsiz qazdır və inert qazlar siyahısında birincidir. Heliumun adı Günəşi himayə edən yunan titanı Heliosun şərəfinə qoyulub. Buna səbəb helium elementinin günəş işığında kəşf edilməsidir.