Kalifornium

98 berkliumkaliforniumeynşteynium
Dy

Cf

-
Ümumi
Ad, İşarə, Nömrə kalifornium, Cf, 98
Qrup, Dövr, Blok 12, 7, f
Xarici görünüşü
Atom kütləsi 251 q/mol
Elektron formulu [Rn] 5f10 7s2
Fiziki xassələr
Halı Bərk
Sıxlığı (0 °C, 101.325 kPa)
15,1 q/L
Ərimə temperaturu 900 °C
(1173 K, 1652 °F)
Qaynama temperaturu °C
( K, °F)
Elektromənfiliyi -1,3
Oksidləşmə dərəcəsi +2, +3, +4 və +5
Spektr =
İonlaşma enerjisi 608 kCmol-1


Kalifornium — işarəsi Cfatom kütləsi 98 olan radioaktiv metal. İlk dəfə 1950-ci ildə Berkli Kaliforniya Universitetində, küriyumun alfa zərrəcikləri ilə bombardmanı zamanı alınmışdır. Aktinoidlər sırasının 9-cu və urandan sonra sintez edilən 6-cı elementdir. Böyük atom kütləsinə malik elementlər içərisində, eynşteyniumdan sonra adi gözlə görülə biləcək qədər sintez edilmiş elementdir. Elementin adı kəşf olunduğu yerin və universitetin şərəfinə adlandırılmışdır.

Kalifornium normal təzyiq altında iki kristal quruluş əmələ gətirir. Çox yüksək təzyiqdə isə o, öz 3-cü kristal quruluşuna keçir. Kalifornium otaq temperaturunda hava ilə təması zamanı oksidləşir. Kaliforniumun ən davamlı izotopu Cf-251-dir ki, onun da yarımçevrilmə periodu 859 ildir. Bu qısa yarımparçalanma periodu, elementin yer üzərində yayılmadığını da bildirir. Yarımparçalanma periodu 2,64 il olan Cf-252 ən çox Amerika Birləşmiş Şatatlarında Oak Ridge Beynəlxalq Laboratoriyası və Rusiyada da Atom Reaktorları Araşdırma İnstutunda sintez edilir.

Kalifornium praktik tətpiqi olan bir neçə transuran elementdən biridir. Bu praktik tətpiq Kaliforniumun neytron saçma xassəsinə əsaslanır. Nüvə reaktorlarının işə salınmasında kaliforniumdan istifadə edilir. Həmçinin neytron saçılması və spektrokopiyası üçün maddə analizində kaliforniumdan istifadə olunur. Bunlardan başqa kalifornium ağır elementlərin sintezində istifadə edilir: oqaneson (118-ci) kalifornium-249 izotoponun kalsium-48 ionları ilə bombardman edilməsi nəticəsində sintez edilmişdir.[1] Kaliforniumdan istifadə zamanı radioaktivlik xassəsi nəzərə alınmalıdır. Həmçinin elementin skeletə biokumuliyasiyası qırımızı qan hüceyrələrinin(eritrositlərin)quruluşunu pozur.

  1. "https://publicaffairs.llnl.gov/news/news_releases/2006/NR-06-10-03.html". 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.

Developed by StudentB