Kamikadze (yap. 神風, "ilahi külək"; kami — "ilah", kadze — "külək"; rəsmi adı Tokubetsu Kogekitay (特別攻撃隊), Tokko Tay (特攻隊) və ya Tokko (特攻)) — İkinci dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad. "Kamikadze" — daha geniş məna ifadə edən və təkcə pilotları yox, bütün intiharçıları nəzərdə tutan tokkotay adlı başqa bir yapon termininin tərkib hissəsidir.
İlkin olaraq "kamikadze", yəni "ilahi külək" 1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən addır.