Liberalizm | |
İdeyalar | |
Azadlıq | |
Kapitalizm • Bazar iqtisadiyyatı | |
İnsan hüquqları | |
Hüquqi dövlət | |
İctimai müqavilə | |
Bərabərlik • Millət | |
Plüralizm • Demokratiya | |
İdeyadaxili hərəkatlar | |
Libertarianlıq | |
Neoliberalizm | |
Sosial-liberalizm | |
Kapitalizm ya da Sərmayəçilik — marksizm nəzəriyyəsinə görə, ictimai quruluş, bəzi iqtisadçıların və siyasətçilərin tarixi inkişafda ayırdığı ictimai-iqtisadi formasiya. Nəzəriyyə istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməkdən istifadəyə əsaslanır. İzafi dəyərin mənimsənilməsi kapitalist istehsalın məqsədini və kapitalistlərin varlanmasını təmin edir.[1] Burada əsas istehsal vasitələri muzdlu fəhlələr sinfini (proletariatı) istismar edən kapitalistlər sinfinin (burjuaziyanın) mülkiyyətidir. İstehsal olunmuş nemətlərin bölgüsü bazar vasitəsilə həyata keçirilir. Digər elmi nəzəriyyələr kapitalizmi başqa cür də təsvir edirlər (məsələn, azad sahibkarlıq, açıq rəqabət sistemi kimi). Kapitalizm dedikdə elə siyasi, sosial və iqtisadi sistem başa düşülür ki, burada kapital aktivlərinin daxil olduğu mülkiyyətə xüsusi şəxslər sahibdirlər və onu idarə edirlər. Əmək isə əmək haqqı ilə alınır, resursların bölgüsü sərbəst qiymətlər mexanizmi vasitəsi ilə həyata keçirilir. Bazar mexanizminin istifadə dərəcəsini kapitalizmin müxtəlif formaları müəyyən edir. Kapitalizm — xüsusi mülkiyyət və azad rəqabətin hökm sürdüyü iqtisadi sistemdir. Daha çox Avropa, ABŞ, Yaponiya, Avstraliyada geniş inkişaf etmişdir. Kapitalizm termini digər iqtisadi termin — kapitaldan başlanğıc alır. Onun ilk əlamətləri Qədim Romada müşahidə olunmuş və ticarətin, sənayeləşmənin, bank işinin təşəkkülü ilə XV əsrdə daha təzahürlü gerçəkliyə çevrilmişdir. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin inkişafında yeni amil olmuşdur. Kapitalizm azad sahibkarlıq və yaxud "xalis kapitalizm" formasında daha çox XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında görünmüşdür.[2]