Kommunikasiya

Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur:

1. İnformasiyanın mübadilə prosesi, üç cəhətdən fərqləndirilir:
      1.1 Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsi;
      1.2 Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi;
      1.3 Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi.
2. Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının yeraltı şəbəkəsi və s;
3. İnformasiya mübadiləsi, informasiyanin ötürülməsi.


Developed by StudentB