Şəkildə Yer örtüyünün termal konveksiya hesablamaları |thumb|Şəkildə Yer örtüyünün termal konveksiya hesablamaları göstərilmişdir. Qırmızı rəng isti, göy rəng isə soyuq əraziləri təsvir edir. Az qalınlığa malik olan qırmızı rəng isti maddələrin yuxarıya, qalın göy rəng isə soyuq maddələrin aşağıya doğru hərəkətini göstərir.|215x215px]] Konveksiya- Enerjinin maye və qaz axını (maddə daşınması) ilə köçürülmə prosesi. Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır. Bərk cisimlərdə istilikvermə maddə daşınması ilə baş vermədiyindən (molekulyar quruluş əsasında) konveksiya hadisəsi də baş vermir. Konveksiya istilik ötürülməsinin ən əsas növlərindəndir.