Lev Landau | |
---|---|
rus. Лев Давидович Ландау | |
Doğum adı | Лев Давидович Ландау |
Doğum tarixi | 9 (22) yanvar 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1968[1][2][…] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi | |
Elmi adları |
|
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | Aleksey Abrikosov |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908[1], Bakı, Rusiya imperiyası[5] – 1 aprel 1968[1][2][…], Moskva, SSRİ[5]) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş sovet fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.[7]