Lisenziya

Lisenziya [lat. licentia – azadlıq, hüquq, icazə] 1)mal aparmaq və ya gətirmək, çeşidli işlərlə məşğul olmaq üçün verilən rəsmi icazə sənədi;

2)idxal və ixrac lisenziyası – səlahiyyətli dövlət orqanının xarici ticarət əməliyyatlarını aparmaq üçün verdiyi icazə;

3)digər şəxslərin, yaxud təşkilatların patentlə mühafizə olunan ixtiradan, habelə texniki nailiyyətlərdən, istehsal təcrübəsi və sirrindən, ticarət markasından və i.a. istifadə etmələrinə verilən icazə;

4)ixrac-idxal əməliyyatlarının, malların ölkəyə gətirilməsinin və ölkədən çıxarılmasının məhdud miqdarda həyata keçirilməsinə dövlət orqanlarının idxal, ixrac və valyutanın hərəkətinə nəzarət məqsədilə verdiyi icazədir;

5)təşkilatlara və şəxslərə patentlərlə müdafiə edilən ixtiralardan, texnologiyadan, texniki və kommersiya məlumatlarından istifadə etmək hüququ verilməsidir;

6)müxtəlif növ fəaliyyətin müəyyən hədlərdə həyata keçirilməsi üçün dövlət orqanları tərəfindən verilən icazədir;

7)xarici ticarətdə bəzi malların azad surətdə aparılıb-gətirilməsini qadağan edən tranzit.


Developed by StudentB