Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı.[1]
Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir.[2] Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.[3]«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz.