Lucasfilm | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət |
Sənaye | film sənayesi |
Məhsulları | film, animasiya filmi[d] |
Təsis tarixi | 1971 |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | The Walt Disney Studios[d] |
Tərəfdaşlar | Lucasfilm Games |
Rəhbərlik | |
Təsisçi | |
lucasfilm.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lucasfilm Ltd. LLC — ABŞ film və televiziya istehsalı şirkəti və "The Walt Disney Company"nin biznes seqmenti olan "Walt Disney Studios"un qolu. Studiya ən çox "Ulduz müharibələri" və "İndiana Cons" franşizalarının yaradılması və istehsalı ilə tanınır. Filmlər üçün xüsusi effektlərin, səsin və kompüter animasiyasının hazırlanmasında aparıcı şirkət hesab olunur. "Lucasfilm" 1971-ci ildə rejissor Corc Lukas tərəfindən Kaliforniyada təsis edilmişdir, lakin şirkətin əksər əməliyyatları 2005-ci ildə San-Fransiskoya köçürülmüşdür.[1] "Disney" korporasiyası 30 oktyabr 2012-ci ildə "Lucasfilm"i 4,05 milyard dollar pul və səhm qarşılığında satın almışdır.[2][3][4][5]