Manqa

Manqa
"Manqa" sözünün kanci ilə yazılışı. 1798-ci ildə Santo KyodenKitao Şiqemasa tərəfindən yazılmış "Mövsümi gedən-gələnlər" kitabından.
NəşriyyatlarShueisha • Kodansha • Shogakukan • Square Enix • siyahı
NəşrlərWeekly Shōnen Jump • Weekly Shōnen Magazine • CoroCoro Comic • Monthly Shōnen Magazine • Weekly Young Magazine • Weekly Young Jump • Ciao • siyahı
SeriyalarDoraemon • One Piece • Dragon Ball • Naruto • Golgo 13 • Black Jack • Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo • Case Closed • Crayon Shin-chan • Oishinbo • Slam Dunk • siyahılar
Dilləryapon
Əlaqəli məqalələr

Manqa (漫画, マンガ?) və ya kommiku (コミック?)Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]

Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.[3]

Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastikafentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[4] 2007-ci ilin məlumatına görə Yaponiyada manqa bazarının həcmi 406 milyard ¥, 2009-cu ildə isə 420 milyard ¥ təşkil etmişdir.[5] Manqaların ancaq Yaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[6] 2012-ci ildə AvropadaOrta Şərqdə manqa bazarının həcmi 250 milyon $ ilə ölçülmüşdür.[7] 2008-ci ildə ABŞKanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[8] Lakin rəngli manqalar da mövcuddur (məsələn, "Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraq tankobon cildlər şəklində buraxılır.[9] Manqa üzərində işləyən sənətçiyə manqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[10] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasında anime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[11] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[12]

Manqalar Yaponiyaya yaxın ölkələrin komiks mədəniyyətlərinə də təsir etmişdir. Bu ölkələrə Çin, Honkonq, Tayvan ("manhua") və Cənubi Koreya ("manhva") aiddir.[13][14]

  1. Lent, 2001. səh. 3–4, Gravett, 2004. səh. 8
  2. Kern, 2006, Ito, 2005, Schodt, 1986
  3. Merriam-Webster, 2009
  4. Kinsella, 2000, Schodt, 1996
  5. Saira Syed. "Comic giants battle for readers". BBC News. BBC. 18 August 2011. 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
  6. Wong, 2006, Patten, 2004
  7. Danica Davidson. "Manga grows in the heart of Europe". Geek Out! CNN. Turner Broadcasting System, Inc. 26 January 2012. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
  8. Katzenstein, Shiraishi, 1997
  9. Gravett, 2004. səh. 8, Schodt, 1986
  10. Kinsella, 2000
  11. Kittelson, 1998
  12. Johnston-O'Neill, 2007
  13. Webb, 2006
  14. Wong, 2002

Developed by StudentB