Marafon

Minlərlə idmançı ənənəvi marafon yarışında qaçır

MarafonYüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır.[1] Onun adı Qədim Yunanıstanda Marafon döyüşü zamanı Marafon düzündən Afinaya qədər qaçmış Fidippid adlı bir elçidən ilhamlanaraq alınmışdır. Marafon qaçışı birinci dəfə 1896-cı ildə təşkil edilmiş olan Afina Olimpiya Oyunları zamanı olmuşdur.[2] 1924-cü ildə isə qaçış məsafəsi 42.195 m olaraq qəbul edilmişdir. Beynəlxalq Həvəskar Atletika Federasiyası 1992-ci ildən etibarən 21. 100 m-lik məsafəyə qaçış üzrə yarım marafon dünya çempionatı təşkil edir. Marafon yarışları eyni keyfiyyətdə olmadığı üçün bu yarışın dünya rekordları yoxdur, yalnız ən yaxşı dərəcələri vardır.

  1. "IAAF Competition Rules for Road Races". International Association of Athletics Federations. 2009. 23 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2010.
  2. "Marathons in history with >30,000 finishers". AIMS: World Running. Association of International Marathons and Distance Races. 11 July 2016. 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2017.

Developed by StudentB