Milan

Milan
Milan
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
45°28′01″ şm. e. 9°11′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. e.ə. 600
Sahəsi
  • 181,67 ± 0,01 km² (9 oktyabr 2011)[2]
Mərkəzin hündürlüyü 138 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.354.196 nəf. (1 yanvar 2023)[4]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 02
Poçt indeksi 20121, 20122, 20123, 20124, 20125, 20126, 20127, 20128, 20129, 20131, 20132, 20133, 20134, 20135, 20136, 20137, 20138, 20139, 20141, 20142, 20143, 20144, 20145, 20146, 20147, 20148, 20149, 20151, 20152, 20153, 20154, 20155, 20156, 20157, 20158, 20159, 20161, 20162
Nəqliyyat kodu MI
Digər
comune.milano.it
Xəritəni göstər/gizlə
Milan xəritədə
Milan
Milan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milan (it. Milano, lat. Mediolanum — "düzənliyin mərkəzi" və ya "çölün ortası", alm. Mailand‎) — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı.

Milan moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Milanda Leonardo Da Vinçinin qiymətli əsəri olan "Sirli şam yeməyi" saxlanılır.

Milan italyanları və xariciləri öz məşhur tədbirləri — moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Duom kilsəsi, Viktor Emmanuil qalereyası və La Skala teatrı burada yerləşir. Milanın Duom meydanında bir neçə diqqətəlayiq abidə vardır — kilsə, Viktor Emmanuil abidəsi, Emmanuil qalereyası.

Duomo kilsəsi Milanın əsas görməli yeridir, o hər gün saat 9.00–12.00 və 14.30–18.00 kimi açıq olur. Kilsənin tikintisinə 1386-cı ildə başlansa da, o 1813-cü ildə başa çatdırılmışdır. Kilsə dünyada qotika üslublu ən böyük kilsələrdən biridir.

Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuil abidəsi Duomo meydanının mərkəzi və turistlərin görüş yeridir.

Viktor Emmanuil qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Bu gün bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur. Burada məşhur kitab mağazaları, kafe və restoranlar yerləşir. Qalereyanın mərkəzi günbəzinin altında isə mozaikalı öküzü görmək olar. Hesab edilir ki, əgər 3 dəfə saat əqrəbinin əksi istiqamətində onun başına dolansanız arzunuz yerinə yetəcək.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
  3. https://it-ch.topographic-map.com/map-1pt9m/Milano/?zoom=19&center=45.46656%2C9.19046&popup=45.46667%2C9.19042.
  4. https://demo.istat.it/?l=it.

Developed by StudentB