|
Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərdir. Bunları "İbrahimi" monoteistik dinlər adlandırırlar, çünki rəvayətlərdə onların hamısının mənşəyi İbrahim peyğəmbərdən gəlir. Monoteizmə başqa baxışlar da vardır.