{{vikiləşdirmək} Motivasiya — özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir. Bu, insan fəaliyyətinin təşkilidir.[1]
Motivasiyadan danışarkən tələbat və ehtiyac və mükafatlandırma anlayışlarından geniş istifadə olunur. Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindən asılı olaraq özünəxas formaya düşmüş ehtiyacları nəzərdə tutulur. Ehtiyac — insanın müəyyən bir məqsədə xidmət edəcək nəyinsə çatışmazlığmı hiss etmək qabiliyyətidir. Mükafatlandırnanın iki növü var: daxili və xarici. Daxili mükafatlandırma insanın özünün fəaliyyət prosesində yerinə yetirdiyi işlə əlaqədar olaraq aldığı zövqdür, rahatlıqdır. Xarici mükafatlandırma dedikdə isə insana yerinə yetirdiyi işin keyfiyyət və miqdarından asılı olaraq təşkilat tərəfindən verilən əmək haqqı, əlavə haqqlar, vəzifəcə irəli çəkilmə, kolleltiv tərəfindən alqışlatma və s. nəzərdə tutulur.
Motivləşdirmə- anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış müxtəlif cür ifadə edilir; zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar. Lakin "motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir.
Motivasiya; insan münasibətlərinə istiqamət verən ən önəmli faktorlardan biridir. Formasından asılı olmayaraq bütün müəssisələr, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir. İşdən asılı olmayaraq nəticə etibarilə istənilən məqsəd işin heyata keçirilməsdir. XX əsrin ortalarına qədər motivasiya ancaq psixoloqları sahələrindən birinə cevrilmişdir. Canlı aləmin davranışını müşahidə edən hər kəs şübhəsiz ki, insanın və heyanın xarici mühitdə müəyyən obyekti axtarmasına rast gəlmişdir[2].