Neron | |
---|---|
lat. Nerō Claudius Caesar Augustus Germanicus | |
Romanın V imperatoru | |
13 oktyabr 54 – 9 iyun 68 | |
Əvvəlki | Klavdi |
Sonrakı | Qalba |
Şəxsi məlumatlar | |
Doğum adı | Lucius Domitius Ahenobarbus |
Doğum tarixi | |
Doğum yeri | Anzio |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Roma |
Vəfat səbəbi | qanitirmə[d] |
Fəaliyyəti | şair, siyasətçi, hərbi qulluqçu, musiqiçi |
Atası |
Qney Domitsi Aqenobarb (bioloji) Klavdi (atalığı) |
Anası | Gənc Aqrippina |
Həyat yoldaşları |
Klaudia Oktavia Poppeya Sabina Statiliya Messalina |
Uşağı | Klavdiya Avqusta |
Ailəsi | Yulilər-Klavdilər |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur.
Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur.
54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır.
Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır. Bu hekayələr bəzi erkən xristian yazıçıları və tarixçiləri Takitus, Suetonius və Kassius Dionun dediklərinə əsaslanır. Digər tərəfdən, bəzi köhnə mənbələrə görə, Neron hakimiyyətdə olduğu müddətdə və sonra çox məşhur idi. Neron təsviri sənət, musiqi və idman tədbirlərinə həvəskar bir imperator idi, lakin Neronun Romanın yandırıldığı zaman lira çaldığı məlumatı səhvdir. Yanğın zamanı Nero yanğından 56 kilometr aralıdakı dənizkənarı evində idi. Neron xəbər alanda dərhal Romaya getdi və yanğınsöndürmə işlərinə başladı.