Pakistan | |||||
---|---|---|---|---|---|
اِسلامی جمہوریۂ پاکِستان Islamic Republic of Pakistan | |||||
| |||||
Ittehad, Tanzim, Yaqeen-e-Muhkam (urdu) "Birlik, İntizam və İnam" |
|||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 14 avqust 1947 | ||||
• İslam respublikasının elanı | 23 mart 1956 | ||||
• Şərqi Pakistanın ayrılması | 26 mart 1971 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | İslamabad | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Asif Əli Zərdari | ||||
Baş nazir | Şahbaz Şərif | ||||
Sahəsi | Dünyada 33-cü | ||||
• Ümumi | 881,913 km² km² | ||||
• Su sahəsi (%) | 2.86 | ||||
Əhalisi | |||||
• Əhali | 212,228,000 nəfər (6-cı) | ||||
• Siyahıyaalma (1998) | 132 352 279 nəf. | ||||
• Sıxlıq | 244.4 nəf./km² (56-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1,63 trilyon dollar (22-ci) | ||||
• Adambaşına | 7760 dollar (121-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2021) | 387 milyard dollar (35-ci) | ||||
• Adambaşına | 1795 dollar (143-cü) | ||||
İİİ (2015) | 0.550 (artış; 147-ci) | ||||
Demonim | Pakistanlı | ||||
İnternet domeni | .pk | ||||
ISO kodu | PK | ||||
BOK kodu | PAK | ||||
Telefon kodu | +92 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Hazırda Pakistanın nəzarəti altında olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu Neolit və Tunc dövrünə məxsus abidələr, yaşayış məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyası, Makedoniyalı İsgəndər, Mauriya İmperiyası, Əməvilər sülaləsi, Qupta İmperiyası[4], Dehli sultanlığı, Monqol İmperiyası, Böyük Moğol İmperiyası, Dürranilər İmperiyası və Britaniya İmperiyası kimi nəhəng imperiyalar və hökmdarlar ağalıq etmişdir.
Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan hərəkatı və yarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[5] Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Pakistan 1956-cı ildə konstitusiyanı qəbul etmiş, beləliklə İslam respublikasına çevrilmişdir. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnmişdir.[6] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.[7]
Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.[8]
The constitution proclaims ... that all existing laws shall be brought in accordance with the injunctions of Islam as laid down in the Quran and Sunnah, and no law shall be enacted which is repugnant to such injunctions.