Pedaqoq (yun. paidagogos – tərbiyəçi; pais, paidos – uşaq və ago – yönəldirəm, tərbiyə edirəm) — ümumtəhsil, texniki-peşə, xüsusi orta və ya ali məktəb müəllimi, məktəbəqədər müəssisə, internat məktəbi, uşaq evi və ya əmək koloniyası tərbiyəçisi, məktəbdən kənar müəssisə işçisi, pedaqogika problemlərini tədqiq edən elmi işçi.