Pergamon | |
Pergamon | |
---|---|
τὸ Πέργαμον | |
39°07′00″ şm. e. 27°10′59″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | İzmir |
Salınma tarixi | E.ə. III əsr |
Banisi | məlum deyil |
İlk xatırlanma | E.ə. III əsr |
Milli tərkibi | türklər |
Müasir yeri | Perqam, İzmir, Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir.
Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir. Şəhər daha sonra Pergamon Krallığının paytaxtı oldu. Bu dönəmdə saray, məbəd, teatr kimi abidələrlə tikildi, şəhər qüllə divarlarla əhatə edilmişdir. Pergamon krallığın Romaya bağlanmasından sonra da Qərbi Anadolunun saylı şəhərlərindən biri olaraq qaldı. Qədim şəhərin qalıqları 1870-ci illərdə Qərbi Anadoluda dəmiryolu tikintisində çalışan Alman mühəndis Carl Humann tapdı. Pergamonda ilk araşdırma və qazıntı işlərinə də 1878-ci ildə başlanıldı. Qazıntılar və bərpa çalışmaları hələ də davam etməkdədir. 2011-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilən[1] Pergamo 2014-cü ildə isə Dünya Mirası olaraq təsdiq edildi.[2]