Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir.
Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır.
Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir