Psixiatriya (qədim yunan dilindən ψυχή - "ruh", "xarakter"; + ἰατρεία - "müalicə", "düzəlmə", "ilkin vəziyyətinə qayıtmaq" sözündən) — psixi pozuntuları tibbi metodologiya prizmasından, onların diaqnostikası, profilaktikası və müalicəsi üsulları ilə öyrənməklə klinik təbabətin bir sahəsi. Bu termin həm də bəzi ölkələrdə özləri və ya başqaları üçün potensial təhlükə yaradan şəxslərin məcburi şəkildə təcrid olunmaq hüququna malik olan dövlət və akkreditə olunmuş qeyri-dövlət qurumlarının məcmusuna aiddir.
Psixiatriya sahəsi üzrə tibb mütəxəssisi psixiatr adlanır.
"Psixiatriya" termini 1803-cü ildə alman həkimi İohan Kristian Reyl (1759-1813) tərəfindən məşhur "Rapsodiya" kitabında təklif edilmişdir.
Alman psixiatrı Vilhelm Qrizinqer (1845) tərəfindən təklif edilən psixiatriya tərifi psixi xəstəliklərin tanınması və müalicəsinin doktrinası kimi geniş tanınıb. Bir sıra müasir müəlliflərin fikrincə, bu tərif "bu tibbi sahəsinin ən vacib xüsusiyyətlərini ehtiva edir", "psixiatriyanın qarşısında duran vəzifələri dəqiq şəkildə ifadə edir"[1][2]:
Tanınma təkcə diaqnoz deyil, həm də psixi pozğunluqların etiologiyasını, patogenezini, gedişatını və nəticəsini öyrənmək deməkdir. Müalicə, terapiyanın özündən əlavə, psixiatriya xidmətinin təşkili, profilaktikası, reabilitasiyası və psixiatriyanın sosial aspektlərini əhatə edir. Психиатрия / Под ред. Ю. А. Александровского — М.: ГЭОТАР-Медиа, 2007. - С. 8.