Qorxu

Qorxu — məlumatsızlıqdan yaranan duyğu. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri-müəyyənliyindən irəli gəlir.

Qorxu həm də bir insanın yaşadığı ümidsizliklər və ya uğursuzluqlar nəticəsində yaranmış bir hissdir. Ən əsası qorxu bir ciddi psixoloji xəstəlikdir, müalicə olunmağı mütləqdir.

Müasir dildə həmçinin fobiya termini də oxşar mənada istifadə edilir. Qorxunu aradan qaldırmaq üçün müxtəlif müalicə metodları mövcuddur.

Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayhrurjrbrbr. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.

Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır. Bunun nəticəsi kimi yuxusuzluq, iştahsızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar baş qaldırır, insan özünü çox narahat hiss edir. Bizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyimiz halda, psixoloji cəhətdən çox yoruluruq, daim qorxu içərisində yaşamalı oluruq, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyimiz vəziyyətlərə dair dəyərli məsləhət axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərimizi dərinləşdiririk.

Bu cür psixoloji yükün öhdəsindən nə cür gəlmək, uşaqlarımızı təhlükələrlə dolu bu dünyamızda yaşamağa nə cür hazırlaşdırmaq olar? Düzdür özümüzü elə apara bilərik ki, sanki bu təhlükələr yox dərəcəsindədir. Qəzet, televiziya, radio yeniliklərindən əl çəkmək, dost və həmkarlarla heç bir kriminal hadisə müzakirə etməmək, yaxud tamamilə özünü cəmiyyətdən təcrid edərək, insan ayağı dəyməyən bir yerdə yaşamağa qərar vermək, lazımi anda özünün, yaxınlarının köməyinə çata bilmək üçün hətta tibb və ya xilasedici peşələrinə də yiyələnmək olar… Çıxış yolu isə şəxsi psixologiyanı yenidən qurmağa, özündə təhlükəsizlik psixologiyasını inkişaf etdirməyə cəhd göstərməsidir. Bunun üçün ilk növbədə qorxuya və daim bədbəxt hadisə gözləməsinə son qoymaq, hər hansı təhlükəyə hazır olmaq lazımdır.

Qorxular da müxtəlif olur: zərərli və xeyirli. Məsələn, xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir və belə olduqda onun sağ qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə maşınların sürətlə şütüdüyü prospekti keçməkdən və ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir. Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə etməyimizə, kinoteatra getməyimizə və ya toyuq ətini iştahla yeməyimizə mane olur, çünki əsassız qorxularımız bizim real düşünmək qabiliyyətimizi iflic vəziyyətinə salaraq beynimizdə təsəvvür etdiyimiz dəhşətləri hər dəfə yenidən yaşamağa vadar edir. Əsassız qorxular canımıza o dərəcədə hopur ki, biz hətta baş verməyən hadisəni təsəvvürümüzdə belə canlandırmaqdan çəkinirik. Belə qorxularla hər birimiz mübarizə aparmalı, gücümüz çatdıqda, mütəxəssislərə müraciət etməliyik. Seçim hər bir insanın öz əlindədir. Bu artıq təhlükəsizlik psixologiyasına tərəf ilk addımdır.

İkinci addım-müxtəlif təhlükələrlə görüşə hazırlıqdan ibarətdir. Baş verə biləcək bütün təhlükələri nə əvvəlcədən bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Elə də olur ki, biz həqiqətən bizə təhlükə yarada bilən amillərdən yox, digər şeylərdən qorxuruq. Adətən təyyarədə uçmaqdan qorxan insan bir də görürsən ki, maşınların gür hərəkəti olan yerdə təhlükəsizliyini düşünmədən yaxınlaşan avtobusa sarı qaçır və ya nəqliyyat vasitəsində təhlükəsizlik kəmərlərindən istifadə etmir. Halbuki avtomobil qəzalarında tələf olanların sayı təyyarə qəzalarında həlak olanlardan qat-qat çoxdur. Biz ildırımdan qorxaraq, bununla belə tanımadığımız bir insanın üzünə soruşmadan, qapı gözlüyündən baxmadan qapı açır, inflyasiyadan qorxaraq, cəsarətlə maliyyə piramidalarına vəsaitlərimizi etibar edirik. Atipik pnevmoniyadan qorxaraq, bununla belə hepatitə qarşı peyvənd olunmaqdan imtina edirik. Siyahını sonsuzadək davam etdirmək olar…

Məhz ona görə də potensial təhlükəni görmək, hiss etmək, ondan qaçmağı öyrənmək, təhlükə anında isə nə edəcəyi bilmək lazımdır. Bu isə təhlükəsizliyimizin şəxsi işimizə çevrildiyi halda mümkündür.

Bizim təhlükəsizliyimizlə məşğul olan bir çox insanlar mövcuddur: polis, tibb işçiləri, xilasedicilər, nəzarət orqanları, təhlükəsizlik texnikası üzrə ixtiraçı və mühəndislər, müəllimlər… Lakin onların heç biri sizi avtomobilinizə minərkən təhlükəsizlik kəmərlərini bərkitməyə, mehmanxanadakı yanğın zamanı evakuasiya sxeminə diqqət yetirməyə və s. məcbur edə bilməz. Halbuki bu, ilk baxışdan xırda məsələlərdən bizim sağlamlığımız, təhlükəsizliyimiz, hətta həyatımız belə asılıdır.

Şəxsi təhlükəsizliyimizə aid məsuliyyətin bir hissəsini üzərimizə alaraq, beləliklə, təhlükəsiz həyata hazırlaşaraq, biz daha güclü, daha əminli oluruq, çünki özümüzü bu və ya digər hadisələr zamanı necə aparacağımızı artıq aydın təsəvvür edirik.


Developed by StudentB