Radium

88 fransiumradiumaktinium
Ba

Ra

Ümumi
Ad, İşarə, Nömrə radium, Ra, 88
Qrup, Dövr, Blok 2, 7, s
Xarici görünüşü
Atom kütləsi (226) q/mol
Elektron formulu [Rn] 7s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 700 °C
(973 K, 1292 °F)
Qaynama temperaturu 1737 °C
(2010 K, 3159 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. PyerMariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2. Bu zaman əmələ gələn radium – hidroksid qüvvətli əsasdır, suda yaxşı həll olur. Ona natrium – sulfat məhlulu ilə təsir etdikdə turşularda həll olmayan ağ rəngli radium – sulfat çöküntüsü əmələ gəlir: Ra(OH)2+Na2SO4=RaSO4+2NaOH. Təbiətdə radium 238 U-in radioaktiv parçalanmasından əmələ gəlir. Ona görə də təəcüblü deyil ki, onu uran filizlərindən əldə edirlər. 236 Ra izotopunun yarımparçalanma periodu 1600 ildir. Bu zaman radioaktiv radon qazı əmələ gəlir. Radium metalı təbiətdə olan ən radioaktiv maddə statusuna malikdir. İlk olaraq MariyaPyer Küri mineral uran filizindən radiumun alınmasına nail olmuşlar.Tonlarla filiz emal etdikdən sonra cəmi 0,1 qram radium ala bilmişlər və, onun insan dərisi ilə təmasda olduğunda, yanıq əmələ gətirməsini müəyyən etmişlər. Daha sonra Pyer Küri və onunla çalışan tibb mütəxəssisləri radiumun radioaktiv təsiri ilə şişlərin dağıtma qabiliyyətini aşkar etmişlər. “Küri terapiyası” həm kəşf edilmə zamanına görə, həm də əhəmiyyətinə görə xərçəng xəstəliyinin şua ilə ilk müalicə üsulu idi. “Qorxunc” mavi işıq saçan radium təbii enerji mənbəyi kimi, diş məcunun hazırlanmasından başlayaraq, saç bəsləmə maddələrinə qədər bir çox məhsulların tərkibinə daxil edilirdi. O, lüminissent tərkiblərin hazırlanmasında da geniş tətbiq olunurdu, saatları rəngləyən qadınlardan ibarət qrupun hamısı xərçəng və anemiya xəstəliyinə düşmədiyinə qədər. Qadınlar istifadə etdikləri fırçaları ağızlarında isladırdılar ki, fırça tükcüklərini birləşdirsinlər və bu zaman radioaktiv maddəni udmuş olurdular.[1]

  1. Redaktor: 30 saniyə kimya haqqında. Moskva: “Ripol klassik”, 2014

Developed by StudentB