Rainbow | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
hard-rok həvi-metal AOR |
Fəaliyyət illəri |
1975—1984 1994—1997 |
Ölkə |
ABŞ |
Digər adı | Ritchie Blackmore's Rainbow |
Leybl |
BMG Polydor Mercury Records Eagle Records |
Heyət | Bax: Qrup üzvləri |
Digər layihələr |
Blackmore's Night Deep Purple Dio Over The Rainbow |
Vikianbarda əlaqəli mediafayllar |
Rainbow — 1975-ci ildə Deep Purple ilə yollarını ayıran gitarist Ritchie Blackmore tərəfindən qurulan hard rok/heavy metal qrupu. Qrup, Ritchie Blackmore və Ronnie James Dionun daha əvvəlki proyekti olan Elf qrupunun davamı kimi qəbul edilə bilər. Ritchie Blackmore, vokalda Ronnie James Dio, vurma alətlərdə Gary Driscoll, bas gitarada Craig Gruber və piano/mellotron'da Mickey Lee Soule'dan ibarət olan heyətlə 1975-ci ildə «Ritchie Blackmore s Rainbow» adlı ilk albomuu çıxartdı. 1976-ci ildə qrupa Cozy Powell vurma alət ifaçısı olaraq olaraq qatıldıqdan sonra «Rising» adlı ikinci albomlarını yayımladılar. Qrup "Rising" albomuyla həm Heavy Metal həm də Power metal növünün ilk nümunələrini təqdim etdi. Qrup 1976-cı ildə «Live In Germany» və 1977-ci ildə «On Stage» adlı iki konsert albomu yayımladı. 1978-ci ildə çıxarılan «Long Live RocknRoll» albomundan sonra Dio qrupdan ayrıldı. Ardından "Down To Earth" (1979) və "Difficult To Cure" (1981) olmaq üzrə böyük satış əldə edən iki albom gəldi. 1979-ci ildəki "Down To Earth" albomunda vokalda Graham Bonnet iştirak edərkən bas gitaraya da Roger Glover keçdi. Sonra Graham Bonnet və Cozy Powell'ın ayrılmasıyla Joe Lynn Turner (vokal) və Bobby Rondinelli (vurma alət) qrupa qatıldı və Rainbow «Difficult To Cure» albomunu yayımladı. «Difficult To Cure» albomu qrupun köhnə səmərəsini yenidən qazanmasını təmin etmiş və ayrıca «I Surrender» qrupun siyahılarda ən yaxşı mövqeyi tutan single'ı olmuşdur.
«Straight Between the Eyes» (1982) və «Bent Out of Shape» (1983) albomlarından sonra 1984-cü ildə Ritchie Blackmore'un qrupdan ayrılıb, Deep Purple qrupunu yenidən meydana gətirməyə qərar verməsiylə Rainbow dağılmışdır. Ancaq 1993-cü ildə Blackmore Deep Purple'dan ayrıldı və "Ritchie Blackmore's Rainbow" olaraq qrupu yenidən qurdu. 1995-ci ildə «Stranger In Us All» albomunu satışa çıxarırlar və bunun davamı olan uzun bir dünya turnesinə çıxırlar. Amma bu layihə qısa davam etdi. Arena Rock tərzindən sıxılan Blackmore artıq diqqətini uzun zamandır maraq sahəsinə girən İntibah və Orta əsrlər təsirli musiqiyə çevirmişdi. 1997-ci ildə Danimarkada son konsertini verən Ritchie Blackmore vokalist partneri Candice Night ilə birlikdə İntibah musiqisi təsirli Folk Rock tərzindəki «Blackmore 's Night» qrupunu qurmuşdur.