Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir.
İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür.
Rejissorun əsas vəzifələri bunlardan ibarətdir:
Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı
Aktyorların seçilməsi
Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması
Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı
Səhnələr üçün yerlərin seçilməsi
Kütləvi səhnələrin və xüsusi effektlərin təyini
Əsas aktyorlarla danışıqların aparılması
Əsər üçün musiqi konseptinin işlənməsi
Çəkilişin aparılması (işin həcminin təyini)
Arxiv materiallarının seçilməsi
Çəkilmiş filmin incə emalı
Son variantın hazırlanması
Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək