Rusiya

Rusiya
Российская Федерация
Rossiyskaya Federatsiya
Bayraq Gerb
Bayraq Gerb
Reveal your own Russia, Datgelwch eich Rwsia eich hun, Revela la teva pròpia Rússia
Tarixi
 • Rurik sülaləsi 862
 • Kiyev Rus dövləti 882
 • Böyük Vladimir Knyazlığı 1169
 • Böyük Moskva knyazlığı 1263
 • Çar Rusiyası 16 Yanvar 1547
 • Rusiya İmperiyası 22 Oktyabr 1721
 • Rusiya Sovet Federativ Sosialist Respublikası 7 Noyabr 1917
 • Sovet Sosialist Respublikaları İttifaqı 10 Dekabr 1922
 • Rusiya 25 Dekabr 1991
Rəsmi dilləri
Paytaxt Moskva
İdarəetmə forması Prezident respublikası
Prezident Vladimir Putin
Baş Nazir Mixail Mişustin
Federasiya Şurasının sədri Valentina Matviyenko
Dövlət Dumasının sədri Vyaçeslav Volodin
 • Su sahəsi (%) 13
 • Əhali
  • 145.975.300 nəf. (2021)[1]
 • Sıxlıq 8.4 nəf./km² (217-ci)
ÜDM (AQP)
 • Ümumi $4.988 trilyon dollar  (6-cı)
 • Adambaşına $33,895 dollar
ÜDM (nominal)
 • Ümumi (2023) $2.062 trilyon dollar  (11-ci)
 • Adambaşına $14,014 dollar
İİİ (2021) 0.822 (artış; 57-ci)
Valyuta Rusiya rublu
İnternet domeni .ru, .рф[2], .su
ISO kodu RU
BOK kodu RUS
Telefon kodu +7
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Rusiya

Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi AvropaŞimali Asiyada yerləşən dövlət. Rusiya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, LitvaPolşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, ÇinŞimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylefiqlimə malikdir. Federasiya yarı prezident idarəetmə üsuluna malik respublikadır.[4]

Rusiyanın tarixi IIIVIII əsrlər arasında Avropada tanınan bir qrup olaraq ortaya çıxan Şərq Slavyanları ilə başlayır. IX əsrdə Varyaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çıxdı. 988-ci ildə Bizans İmperiyasından Pravoslav Xristianlığı qəbul edildi və sonrakı minillik üçün buraya BizansSlavyan mədəniyyətlərinin sintezi başladı. Daha sonra Kiyev Rus Dövləti bir sıra kiçik dövlətlər halına parçalandı və torpaqlarının əksəriyyəti Monqollar tərəfindən istila edilib Qızıl Orda Dövlətinin qolları halına gəldi. Qızıl Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazlıqları yavaş-yavaş yenidən birləşib Moskva Knyazlığını qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardıcılı olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyası olan Rus İmperiya halına gəldi.

1917-ci il Oktyabr İnqilabından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası, dünyanın ilk konstitusiyalı sosialist dövləti olmuş və II Dünya Müharibəsində müttəfiqlərə qarşı qələbədə həlledici rol oynayaraq Super güc ölkəsi kimi tanınan, SSRİ-nin ən böyük və aparıcı dövlətlərindən biri oldu. SSRİ dövründə dünyanın ilk süni peyki və ilk insanlı kosmik uçuşu daxil olmaqla, XX əsrin ən əhəmiyyətli texnoloji nailiyyətləri məhz burada həyata keçirilib. Rusiya Federasiyası, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə yaradılıb və SSRİ-nin ardıcılı kimi tanınır

  1. https://www.worldometers.info/world-population/russia-population/.
  2. http://info.nic.ru/node/3204.
  3. http://chartsbin.com/view/edr.
  4. Сведения о наличии и распределении земель в Российской Федерации на 1. yanvar 2017 (в разрезе субъектов Российской Федерации) [ölü keçid] // Федеральная служба государственной регистрации, кадастра и картографии (Росреестр) Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine. İstifadə tarixi: 30 Aprel, 2019

Developed by StudentB