Sal

Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi.

Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi.

Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir.

Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.


Developed by StudentB