Malayziyanın ştatı | |
Saravak | |
---|---|
malay Sarawak | |
Ibu Pertiwi Ku | |
3°02′17″ şm. e. 113°46′52″ ş. u.HGYO |
|
Ölkə | Malayziya |
İnzibati mərkəz | Kiçunq |
Baş nazir | Adenan Satem |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 22 iyul 1963, 16 sentyabr 1963 |
Sahəsi | 124 450 km² (1-ci yer) |
Hündürlük
|
|
Saat qurşağı | +8 |
Əhalisi | |
Əhalisi | 2 471 140 nəfər (2010) (4-cü yer) |
Əhalinin sıxlığı | 19,86 nəfər/km² (4-cü yer) |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | SWK |
ISO kodu | MY-13 |
Telefon kodu | 082, 083, 084, 085, 086 |
Poçt indeksi | 93000–98999 |
Avtomobil nömrəsi | Q |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Saravak — Kalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri. Ştat həmçinin Sabah, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Bu ərazi Malayziya yarımadasının ştatlarından kənarda qaldığına görə xüsusi muxtariyyət hüququna malikdir. İndiki dövrdə ştat Bumi Kenyalang (kərgədan quşlarının torpağı) kimi tanınır.
Ştat müstəqil Bruney dövlətinin ətrafını əhatə etməklə bərabər, cənubdan İndoneziya dövləti ilə, şimal-şərqdən Sabah ştatı ilə sərhədlərə malikdir. Saravak Kalimantan adasının şimal-qərbində yerləşir. Ştatın inzibati mərkəzi əhalisinin sayı 700,000 olan Kuçinq şəhəridir. Saravakın əsas şəhərləri Miri, Sibu və Bintuludur. 2010-cu il sıyahıyaalmasına əsasən ştatın əhalisi 2,420,009 nəfərdir.[1]