Siciliya | |||||
---|---|---|---|---|---|
Sicilia Sicìlia | |||||
|
|||||
37°35′59″ şm. e. 14°00′55″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Palermo | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 15 may 1946 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 3.340 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | IT-82 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Siciliya[3] — Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m). Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, neft, təbii qaz və s. İqlimi Aralıq dənizi tipli subtropikdir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur. İllik yağıntı düzənliklərdə 400–600 mm, dağlarda 1200–1400 mm. Çayların çoxu yayda quruyur. Torpaqları əsasən, dağ-qəhvəyi və qırmızıdır. Makvis, qariqa və Aralıq dənizi tipli çöl bitkiləri geniş yayılmışdır. Adanı Siciliya boğazı Bon yarımadasından, Messina boğazı isə Apennin yarımadasından ayırır.