Bu məqaləni vikiləşdirmək lazımdır. |
Simona de Bovuar | |
---|---|
fr. Simone de Beauvoir | |
Doğum tarixi | 9 yanvar 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1986[1][2] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Partnyorları | |
Təhsili | |
Fəaliyyəti | siyasi filosof, jurnalist, romançı, avtobioqraf[d], esseist, siyasi fəal[d], gündəlik yazıçısı[d], women letter writer[d], filosof, ədəbiyyat tənqidçisi, yazıçı, müəllif, feminist[d], philosophy teacher |
Vikianbarda əlaqəli mediafayllar |
Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar (fr. Simone Lucie Ernestine Marie Bertrand de Beauvoir; 9 yanvar 1908[1], VI arondisman – 14 aprel 1986[1][2], XIV arondisman[3] və ya Paris[4]) — fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi. O, özünü filosof hesab etməsə də, onun həm feminist eksistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. O, 1949-cu ildə yazdığı, qadın əsarəti və müasir feminizmin əsas elmi şərhinin ətrafli analizini verdiyi "İkinci Cins" elmi əsəri ilə yanaşı "O Qalmağa gəldi" və "Mandarinlər" romanı da daxil olmaqla ən çox öz romanları ilə məşhurlaşmışdı.