Subtropik iqlim qurşağı -dünyanın tropik iqlim qurşağının şimal və cənubunda 23,5 °paralellərində yerləşən Xərçəng tropiki və Oğlaq tropiki ilə məhdudlanmış coğrafi ərazilərdir.Əsasən şimal və cənub yarımkürələrində 36° və 44° paralelləri arasındakı əraziləri əhatə edir. Lakin, iqlim tipi bu paralellərdən kənarda da müşahidə edilə bilər.Keçid iqlim tipi olduğuna görə özünəməxsus iqlim xüsusiyyətləri yoxdur. Yayda tropik hava kütlələri hakim olduğuna görə hava isti və quru, qışda isə mülayim hava kütlələri hakim olduğuna görə hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır