Suck It and See | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Arctic Monkeys tərəfindən ifa olunmuş studiya albomu | |||||||||||||||||||
Yayımlanma tarixi | 6 iyun 2011 | ||||||||||||||||||
Yazılma tarixi | yanvar–fevral 2011 | ||||||||||||||||||
Studiya | Sound City, Los-Anceles | ||||||||||||||||||
Janr | |||||||||||||||||||
Müddət | 40:04 | ||||||||||||||||||
Dil | ingilis dili | ||||||||||||||||||
Leybl | Domino | ||||||||||||||||||
Prodüser | Ceyms Ford | ||||||||||||||||||
Arctic Monkeys albomlarının xronologiyası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb.
Musiqi baxımından "Suck It and See", qrupun əvvəlki qaranlıq, sərt riffli işi "Humbug"-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir. Bu ad ABŞ-də pis başa düşülüb və sonradan bəzi satış yerlərində senzuraya məruz qalıb. Mağazalarda albomun adının üzərini örtməli oldular.
Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıdılıb. Albom Birləşmiş Krallıqda musiqi cərgələrinin birinci pilləsinə yüksəlib. Ölkədə platin sertifikatı alıb. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər toplayıb. Bir çoxları onu əvvəlkindən daha yaxşı hesab edib. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər.