Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
T-34 | |
---|---|
Tarixi | |
İstehsalçı | Uralvagonzavod |
Buraxılış sayı, əd. | 84.170 |
Vikianbarda əlaqəli mediafayllar |
T-34 — 1940 və 1958-ci illər arasında istehsal edilən SSRİ orta tankıdır. Çox ekspertlərə görə T-34 tankları II Dünya Müharibəsinin ən yaxşı tankıdır. T-34 dövrünün tank dizaynını tamamilə dəyişdirtdirmişdir, ondan sonrakı bütün tanklar da T-34-lərin dizaynından istifadə olunmuşdur. Şərq cəbhəsində Alman Ordusu bu tank qarşısında çarəsiz qalmışdır. Tiger və Panther tanklarının istehsalı ilə T-34 müharibədəki üstünlüyünü itirsədə, Rusiya iqliminə uyğunluğu, asan istehsalı və çoxlu miqdarda istehsalı ilə Alman əsgərləri arasında qorxu salmışdır. T-34 atəş gücünün, sürətin və dözümlülüyün yaxşı bir şəkildə birləşdirilmiş halıdır. Tankın 45°-lil zireh dizaynı, hədəfi tapan mərmilərin bir çoxunun tanka zərər vermədən getməsi ilə nəticələnir. Bəzi hərbi tarixçilər T-34-ün dünyanın ilk əsas müharibə tankı olduğunu iddia edirlər.
T-34 II Dünya Müharibəsi və sonrasında da SSRİ zirehli briqadalarının istifadə etdiyi əsas tank olmuşdur. Həmçinin bir çox ölkələrə də bu tank ixrac edilmişdir.